AİP Qadınlar Şurası Azərbaycan medialarının Ramazana etinasızlığını tənqid etdi
İyul 02, 2015 13:24 Asia/Baku
Azərbaycan Respublikası İslam partiyasının Qadınlar ŞUrasının sədri ölkəsinin medialarının mübarək Ramazan ayına etinasızlığını kəskin şəkildə tənqid edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Növrəstə İbrahimova Bakıda Səhər-in müxbirinə verdiyi müsahibədə deyib: Azərbaycan radio və teelviziyalarında Ramazan ab-havasının olmaması bütün möminləri incidir və bu önəmli məsələyə diqqət möminlər və azərbaycanlı oruc tutanların hakimiyyət və medialardan ciddi tələbidir.Növrəstə İbrahimova Qafqaz Müsəlmanları İdarəsinin bu önəmli və əsaslı məsələ qarşısında sükutu və etinasızlığını tənqid edərək deyib: Niyə möminlər və oruc tutanlar Ramazan proqramlarını digər ölkələrin medialarından izləməlidirlər və bu idarə müsəlmanlar qarşısında öz vəzifələrini yerinə yetirməməlidir?
AİP-in Qadınlar ŞUrasının sədri həmçinin Mübarək Ramazan ayının fəzilətlərinə toxunaraq əlavə edib: Azərbaycan medialarının bu sahədə sükutu oruc tutanlar üçün problemlər yaradır.