İyul 03, 2015 16:19 Asia/Baku
  • Möhsün Pak Ayin
    Möhsün Pak Ayin

İranın Bakıdakı səfiri yaxın gələcəkdə İran-Azərbaycan Respublikası birgə hərbi komissiyasının işə başlayacağından xəbər verib.

İranın Bakıdakı səfiri Möhsün Pak Ayin ATV kanalı ilə müsahibədə iki ölkənin hərbi həmkarlıqları genişləndirmə marağına toxunaraq, deyib: İran-Azərbaycan Respublikası birgə hərbi komissiyası tərəflərin onun üzvlərini elan etmələrindən sonra öz fəaliyyətinə başlayacaq.
İranın Azərbaycan Respublikasındakı səfiri söyləyib: İki ölkə arasında müdafiə və təhlükəsizlik həmkarlıqları və regional təhlükəsizliyin qorunması üzrə fəaliyyət, birgə hərbi komissiyasının hədəflərindəndir.
Pak Ayin həmçinin 2017-ci il Bakı İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə işarə edərək, deyib ki, İran İslam Respublikası güclü və peşəkar bir heyətlə bu oyunlarda iştirak edəcək.

Teqlər