DQİDK-in dini təhsilə məhdudiyyət üçün tədbirləri
İyul 14, 2015 17:28 Asia/Baku
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bu ölkədə dini elmlərin təhsili üçün məhdudiyyətlərin tətbiq olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Mübariz Qurbanlı Trend İnformasiya Agentliyi ilə müsahibədə bu respublikanın bir qrup vətəndaşın islam ölkələrində təhsil aldığına toxuanraq deyib: Dini elmlərin təhsili ilə maraqlananlar bu ölkədən İran, Türkiyə və ərəb ölkəlkərinə gedə bilərlər. Çünki dini elmlərin təhsili bu ölkələrdə pulsuzdur.Mübariz Qurbanlı deyib: Azərbaycan Respublikası hökuməti laikdir və buna görə, dini elmlərin təhsili xərcini dövlət büdcəsindən təmin edə bilməz.
Onun sözlərinə görə, Bakı İslam Universitetində ağır ödəmələrin alınması problelmərə səbəb olur. Dini elmlərlə maraqlananlar digər ölkələrə müraciət edirlər. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rəsmi Bakı bunun üçün tədbirlər düşünməlidir.
Qeyd edək ki, may ayında Mübariz Qurbanlı Tehranda İranın MƏdəniyyət və İslam Əlaqələri Təşkilatının sədri ilə görüşdə hər il Azərbaycanın dini tələbələrinin bir qrupunun öz elmi səviyyəsini yüksəltmək üçün digər ölkəlkərinə səfər etdiyinə toxunaraq ümidvarlıq edib ki, əldə olunan anlaşmalarla İrana ezam olunan tələbələrin sayı artacaq.