Həkim Nizami Gəncəvinin doğulduğu yer, Təfrişin Tad kəndi
İyul 26, 2015 13:56 Asia/Baku
Aparılan araşdırmalarla aydınlaşıb ki, iranlı məşhur şair həkim Nizami Gəncəvi Təfriş rayonunun Tad kəndində dünyaya gəlib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, YUNESKO-nun İrandakı Milli Komissiyasının mədəni işçi qrupunun rəhbəri Təfriş rayonunun tarixi abidələrinə baxış keçirdiyi zaman bu xəbəri bildirərək deyib: Bu məsələnin sübut olunması və lazımi büdcənin ayrılması ilə Həkim Nizami Gəncəvinin bu kənddəki tarixi evinin təmirinə tezliklə başlanacaqdır.Əbdül-Mehdi Müstəkin Təfriş rayonuna səfəri zamanı bu rayonun Şeşnav tarixi obyekti ilə yaxından tanış olub və onu mədəni və dini baxımdan ən önəmli tarixi obyektlərdən biri adlandırıb.
Müstəkin əlavə edib: Kanalların kənarında məscid, təkyə və hamamların yerləşməsi bu rayonda sivilizasiya və mədəniyyətin böyük və uzun keçmişə malik olduğunu göstərir. Buna görə də ona əlavə diqqət yetirilməlidir. Nizami Gəncəvinin Tadlı olmaslının sənədlərindən biri, onun "Təfrişdə bir kənd vardır, onun adı Taddır, Nizami oradan məşhurlaşmışdır" məzmunlu ikibeytli şerində əks olunub və Təqiyəddin Övhədinin Xülasətül-Əşaar kitabında da qeyd olunub. Həkim Nizami Gəncəvinin evi İranın Milli Abidələr siyahısında 25000 nömrə ilə qeydiyyata alınıb.
Azərbaycan Respublikası İranın tanınmış şairi Nizami Gəncəvinin iranlı kimliyi və farsca əsərlərini təhrif etmək üçün öz səylərinin davamında bu farsca söyləyən şairin məqbərəsindəki farsca yazıları olan kaşıların hamısını dağıdıb.
Bu kaşıların üzərinə Nizami Gəncəvinin şerlərindən əks olunmuş və Nizami Gəncəvinin məqbərəsinin daxili divarına quraşdırılmışdı. Bu daş yazılar Nizami Gəncəvinin məqbərəsinin təmir olunması bəhanəsi ilə dağıdılmışdır. Lakin farsca yazıları olan daşın yenidən quraşdırılması üçün heç bir proqram nəzərdə tutulmayıb.
Azərbaycan Respublikası son illər ərzində tanınmış İran şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün böyük səylərə başlamışdır.
Bu səylərdən biri Heydər Əliyev Fondu tərəfindən 110 min avronun Roma meriyasına ödənməsi ilə Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlinin İtaliya paytaxtının meydanlarından birində qoyulması idi. Bu hərəkət isə italiyalı araşdırmaçıların etirazı ilə üzləşdi.