İyul 30, 2015 17:03 Asia/Baku
  • Təzəpir Məscidində Şeyx Əhməd Abbasovun anım mərasimi keçirilib
    Təzəpir Məscidində Şeyx Əhməd Abbasovun anım mərasimi keçirilib

Azərbaycan Respublikasının tanınmış ruhanilərindən Hacı Şeyx Əhməd Abbasovun anım mərasimi Bakının Təzəpir Məscidində keçirilib.

İranın Azərbaycan Respublikasındakı səfiri bu mərasimdə iştirak edərək bu ruhaninin islamın və şiəliyin, əsasən də kommunizm dövründə qorunmasını alqışlayıb və onun övladları ilə görüşərək onların dərdinə şərik çıxıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də bu mərasimdə özünü Şeyx Əhməd Abbasovun şagirdlərindən biri adlandırıb və deyib: 1968-ci ildə dini elmləri təhsil almaq üçün Özbəkistanın Buxara şəhərinə səfər etdik və 1971-ci ildə Daşkəndin İmam Buxara İslam Elmləri Universitetində ilk dövrün sona çatdırdıqdan sonra böyük alimlərdən faydalandıq.
Paşazadə deyib: Şeyx Əhməd Bakı İslam Elmləri Universitetində Quran təfsirinin müəllimlərindən idi və 17 ilə yaxın müəllim olaraq bu universitetdə çalışdı və Təzəpir Məscidinin imam camaatı idi.
73 yaşında vəfat etmiş Təzəpir Məscidinin imam camaatı Hacı Şeyx Əhməd Abbasov 1942-ci ilin sentyabr ayında Masallı rayonunun Babaser kəndində dünyaya göz açıb. O atası dövrün nüfuzlu ruhanilərindən olan atası Şeyx Qüdrətullahın nəzarəti altında öz təhsilinə başlayıb və uşaqlıq dövründə Quran-Kərimin oxunması, ərəb və fas dillərini öyrənib.
O dövrdə kommunizmin din əleyhinə siyasətlərinə görə, ruhanilərin güclü nəzarətdə olmasına baxmayaraq, Qüdrətullah öz mənzilini dini mədrəsəyə çevirmişdi və həmin məkan din və Quran elmləri ilə maraqlananların üzünə açıq idi.
Şeyx Əhməd Daşkənd İslam Elmləri Universitetində təhsilini bitirdikdən sonra vətənə qayıdır və öz biliyini dini maarifin yayılmasına sərf edir.
O bu dövrdə ilk öncə 3 ay müddətinə Məşədi ağa məscidinin imam camaatının müavini olaraq fəaliyyət göstərir və sonra Buzovna qəsəbəsi məscidinin imam camaatı olaraq təyin olunur və 1990-cı ilə qədər bu məsciddə fəaliyyət göstərir. Fəaliyyətinin kənarında gənclərə dini elmləri tədris edir.
Şeyx Əhməd 17 il Təzəpir Məscidinin imam camaatı olaraq fəaliyyət göstərib.

Teqlər