Avq 11, 2015 11:20 Asia/Baku
  • Beynəlxalq təşkilatlar jurnalistin qətlini pislədi
    Beynəlxalq təşkilatlar jurnalistin qətlini pislədi

Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası azərbaycanlı jurnalist Rasim Əliyevin ölümündən dərin sarsılıblar.

"Jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları üçün cəzasızlıq mühiti olmadan belə ağır cinayətlər cəzası qalır. Jurnalistlər, hər bir vətəndaş Azərbaycanda heç bir təhdid olmadan öz sosial şəbəkələrində fikir, şərh bölüşməsi üçün sərbəst olmalıdır" - deyə Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bildirib.

Bəyanatda həmçinin jurnalistlərə qarşı daimi təzyiqlərin dayandırılmasına və onların azad edilməsinə çağırılır.

Beynəlxalq mətbuata dəstək təşkilatı İMS də Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı rəsmi məlumat yayıblar. Bildirilir ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.
Xatırladaq ki, ölən jurnalist Rasim Əliyev azərbaycanlı futbolçu Cavid Hüseynovu tənqid edən status yazdığına görə, onun qohumları tərəfindən döyülmüşdü.
Azərbaycan prezidenti jurnalistin vəfatından ciddi narahat olub və məsələnin araşdırılmasını nəzarətə götürüb.

Teqlər