Avq 25, 2015 14:29 Asia/Baku
  • Üzeyir Cəfərov: ATƏT-in Minsk Qrupu təxribat törədir
    Üzeyir Cəfərov: ATƏT-in Minsk Qrupu təxribat törədir

Dünən axşam saatlarında cəbhənin Ağdam və Xocavənd istiqamətində baş verənləri Hafta.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, cəbhədə baş verənlər ermənilərlə yanaşı onların havadarlarının, işğalçıları idarə edənlərin Azərbaycana qarşı birbaşa təxribatıdır:

Üzeyir Cəfərov əlavə edib: Bu dəfə onlar minaatanlardan istifadə etdiklərinə görə bizim əsgərlərimiz də erməni təxribatının qarşısını alaraq, verilən tapşırığı çox uğurla yerinə yetiriblər.

Üzeyir Cəfərovun sözlərinə görə, dünənki təxribatların arxasında ATƏT-in Minsk Qrupu dayanır:

“Açıq demək lazımdır ki, erməniləin havadarları prezidentlərin sentyabrda baş tutması gözlənilən Nyu–York görüşünə mövzu hazırlayırlar. Onlar İlham Əliyevlə Serj Sarkisyanın görüşünü təşkil etməklə hər hansı bir iş gördüklərinin görüntüsünü yaratmaq istəyirlər. Burada ATƏT-in Minsk Qrupunun təxribatı açıq şəkildə görünür. Bunu çəkinmədən deməliyik. İndiyə kimi hansı hadisə olubsa, ermənilər vassal kimi başqalarının aləti kimi təqdim olunub. Onlar da bundan ustalıqla istifadə ediblər”.

Teqlər