Sen 03, 2015 18:19 Asia/Baku
  • Hicablı xanımlara hörmətsizlik edən hicabsız aparıcı yenidən ANS-də
    Hicablı xanımlara hörmətsizlik edən hicabsız aparıcı yenidən ANS-də

Hicablı qadınlara “bayquş” dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.

Bu haqda ANS-in “Facebook” səhifəsində məlumat verilib. Teleaparıcı yenidən “İncə maraqlar” və “İncə+” verilişi ilə tamaşaçıların görüşünə gələcək.





Qeyd edək ki, “İncə maraqlar” verilişində etika qaydalarını bilməyən aparıcı Elnarə Təhməzova hicablıların qara geyinmələrinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq, aparıcını efirdən kənarlaşdırmış və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.


Teqlər