Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i197520-bakı_avropa_parlamentinin_azərbaycana_qarşı_qətnaməsinə_reaksiya_verib
Azərbaycan Respublikası Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2015 05:42 Asia/Baku
  • Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib
    Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib

Azərbaycan Respublikası Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiya verib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri və Avropa Birliyi ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə reaksiyada bildirib ki, bu məsələ Brüssel-Bakı münasibətlərinə ciddi zərbə vurur.


Avropa Parlamenti cümə axşamı günü bir qətnamə təsdiqləyərək Azərbaycan Respublikasından insan haqlarının pozulması, insan haqları müdafiəçiləri və jurnalistlərin həbsi hallarının artmasına toxunub və bu ölkənin insan haqlarını pozan rəsmilərindən bir qrupuna qarşı sanksiyanın tətbiq olunmasını istəyib.


Bu qətnamənin bir hissəsində Avropa Birliynə üzv ölkələr, eləcə də bu birliyin xarici siyasət komissiyasından istənilib ki, Azərbaycan Respublikasında noyabr ayında keçiriləcək parlament seçkilərinə müşahidəçilər ezam etməkdən çəkinsinlər.


Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri bu qətnaməni qərəzli və əsassız adlandırıb və Avropa Parlamentinin bu hərəkətinin cavabsız qalmayacağını bildirib.