Rusiya rəsmisinin iddiası: İran, Türkmənistan və Azərbaycan Xəzərlə bağlı fikir ayrılıqlarına malikdirlər
Sen 16, 2015 10:19 Asia/Baku
-
Rusiya rəsmisinin iddiası: İran, Türkmənistan və Azərbaycan Xəzərlə bağlı fikir ayrılıqlarına malikdirlər
Rusiya prezidentinin bu ölkə sərhədlərinin demoqrafiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov çərşənbə axşamı iddia edib ki, İran, Türkmənistan və Azərbaycan Xəzər dənizinin cənub sərhədlərinin təyin edilməsi və dibinin bölüşdürülməsi barədə heç bir anlaşmaya nail ola bilməyiblər.
İTAR TASS-ın məlumatına görə, İqor Bratkiçov Türkmənistan, Azərbaycan və İranın hələ də Xəzərin dibinin bölüşdürülməsi mexanizmi barədə razılığa gələ bilmədiklərini deyərək, bu məsələnin Xəzərin cənub sahilləri kənarında yerləşən ölkələr tərəfindən həll edilməli olduğunu vurğulayıb.Xəzər dənizi ilə bağlı sahilyanı ölkələr arasındakı müzakirələrdə Rusiya heyətinə başçılıq edən İqor Bratçikov həmçinin ümidvarlıq edib ki, İran, Türkmənistan və Azərbaycan çox da uzaq olmayan gələcəkdə anlaşmaya nail olmuş olsunlar.
İ.Bratçikov Xəzərin dibinin iki hissəsinin Rusiya və qonşu ölkələr arasında təyin edildiyini bildirərək, Xəzərin dibindən istifadə etmək üçün öncə Xəzərin dibinin nişanlanmasını zəruri adlandırıb.
Rusiya prezidentinin ölkə sərhədlərinin demoqrafiyası üzrə xüsusi nümayəndəsi deyib: sərhəd xətləri dənizin dibi hissəsinin aydın formada bölüşdürülməsinə və sahilyanı ölkələrin bu su hövzəsinin dibindəki mədən ehtiyatlarından istifadəsinə imkan yaratmış olur.