AŞPA Azərbaycana müşahidəçi göndərəcək
Sen 29, 2015 10:53 Asia/Baku
-
AŞPA Azərbaycana müşahidəçi göndərəcək
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan Respublikasında parlmament seçkilərinə nəzarət üçün öz nümayəndələrini göndərmək qərarına gəlib.
Fakt Xəbər-in məlumatına görə, Avropa Şurası Parlament Assambleyası bazar ertəsi günü özünün dördüncü payız sessiyasında ilk olaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəyə müşahidəçi göndərilməsini müzakirə edib. Bəzi parlamentarilər Azərbaycana müşahidəçi missiyasının göndərilməsinin əleyhinə olublar.Uzun müzakirədən sonra ispaniyalı parlamentari Jordi Xuclanın rəhbərliyi ilə 32 nümayəndənin göndərilməsi səsverməyə çıxarılıb və qəbul olunub. Səsvermədə 17 nəfər lehinə, 10 nəfər əleyhinə səs verməklə qərar qəbul edilib.
AŞPA-da Azərbaycan Respublikasına qarşı qətnamənin qəbul olunmasından sonra Azərbaycan Respublikası ilə bu avropalı orqan arasındakı əlaqələrdə bir növ gərginlik yaranıb. Belə ki, AŞPA öz qətnaməsində Azərbaycan Respublikasında insan haqlarının pozulması, jurnalistlər və insan haqları müdafiəçilərinin həbs edilməsi hallarının artmasına toxunub və bu ölkənin insan haqlarını pozan rəsmilərinə qarşı sanksiyanın tətbiq olunmasını istəyibdir ki, bu da rəsmi Bakının reaksiyasına səbəb olubdur.