Okt 01, 2015 21:09 Asia/Baku
  • 
Bakıda Qədir Xum bayramı münasibəti ilə şer gecəsi keçirilib
    Bakıda Qədir Xum bayramı münasibəti ilə şer gecəsi keçirilib

Azərbaycan Respublikasının bir qrup şairi səadətli Qədir Xum bayramı ərəfəsində şer gecəsi keçirərək Mövləl-Müvəhhidin Həzrət Əliyə (ə) öz mənəvi sevgilərini bəyan edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Ustad Şəhriyar Mədəniyyət Evində Azərbaycan Respublikasının 22 şairi və bir qrup Əhli-Beyt (ə) aşiqinin iştirakı ilə keçirilən gecədə şairlər öz şerləri ilə bu mərasimə xüsusi mənəvi rəng qatıblar.
Əhli-Beytin (ə) vəsfi, Qədir Xum hadisəsinin bəyan olunması və Həzrət Əlinin (ə) vilayətinin əhəmiyyəti bu mərasimdə şairlərin şerlərinin əsas mövzularından olub.
Faciəvi Mina hadisəsi də şairlərin sözlərində yer alan digər məsələlərdən olub. Onlar müsəlmanlar, xüsusilə də İran İslam Respublikası rəsmiləri və həlak olan iranlıların ailələrinin dərdinə şərik çıxıblar.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi Vilayət Ongünlüyü və səadətli Qədir Xum bayramı münasibəti ilə hamını təbrik edərək Əhli-Beytin (ə) vilayətini Həzrət Məhəmmədin (s.ə.s) peyğəmbərliyinin davamı, Allah-taalanın bəndələrə nemətinin sona çatması və dinin təkmilləşməsi günü adlandırıb və deyib: Ali vilayət məqamına arxalanmaq islam dünyasındakı mövcud bütün problemləri aradan qaldırır.
İbrahimi bu mərasimin Bakıda keçirilməsini Azərbaycan Respublikasının mömin xalqının məsumların (ə) müqəddəsliyinə olan dərin sevgisinin nişanəsi adlandırıb.

Teqlər