Okt 08, 2015 12:32 Asia/Baku
  • Azərbaycanda dini qəzetlər və internet saytları lisenziya almalı olacaqlar
    Azərbaycanda dini qəzetlər və internet saytları lisenziya almalı olacaqlar

Azərbaycam Milli Məclisi "Dini Etiqad Azadlığı" və "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı" qanunlarına dəyişiklik edib.

Bizim Yol qəzeti son sayında yazır: Bundan sonra dini media üzərində nəzarət daha da gücləndirilmiş olacaq və dini qəzet və internet saytları da rəsmi dövlət lisenziyası ilə fəaliyyət göstərməli olacaqlar.
Bu yeni islahatlarla Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri və ixtiyarları da artmış olub.
Azərbaycan Milli Məclisinin üzvü Qüdrət Həsənquliyev deyib: Azərbaycanda siyasi fəaliyyət ilə məşğul olan iki dini qeyri-hökumət təşkilatı var və son zamanlar qarşıdan gələn Parlament seçkilərini boykot etdiklərini elan ediblər. Halbuki, bu təşkilatlar öz nizamnamələrinə əsasən siyasi məsələlərə müdaxilə haqqına malik deyillər. Buna görə də, bu xüsusda qanunlara düzəliş edilməli, bu kimi qeyri-hökumət təşkilatlarının fəaliyyətləri durdurulmalıdır. Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinə yeni ixtiyarlar verilməlidir ki, bu kimi qeyri-qanuni fəaliyyətlərin qarşısını alsın.

Teqlər