AİP bəyanat yaydı
Okt 16, 2015 14:47 Asia/Baku
Azərbaycan Respublikası İslam partiyası bildirib ki, bu ölkə parlament seçkilərində iştirak etməyəcək.
Səhər Beynəlxalq Televiziyasının İslamazeri saytına istinadla verdiyi məlumata görə, Azərbaycan İslam partiyası bir bəyanatda bildirib: Qurum rəhbərliyində baş verən dəyişikliklərlə əlaqədar olaraq partiyadaxili təşkilat məsələlərinin önəmli xarakter almasını, bununla da seçkiyə hazırlıq dövrünün məhdudluğunu nəzərə alaraq parlament seçkilərinə qatılmağımızı məqsədəuyğun hesab etmirik.Bəyanatda həmçinin bildirilir: Azərbaycan İslam Partiyası ötən illərdə bir neçə parlament və prezident seçkilərində aktiv iştirak etmiş, namizədlər irəli sürmüşdür. Milli Məclisə növbəti çağırışla bağlı 1 noyabr 2015-ci il parlament seçkilərinə partiyadan heç bir namizəd irəli sürməmişik.
Azərbaycan Respublikası parlament seçkiləri 1 noyabrda keçiriləcək.
Azərbaycan Respublikası hökumətinin müxalifləri bu qənaətdədirlər ki, Azərbaycan Respublikasında seçkilərin keçirilməsi prosesi qeyri-demokratikdir.