Okt 28, 2015 18:58 Asia/Baku
  • 
AİP-in sədr əvəzedicisi Şeyx Nimrin azad edilməsini istəyib
    AİP-in sədr əvəzedicisi Şeyx Nimrin azad edilməsini istəyib

Azərbaycan Respublikası İslam Partiyasının sədr əvəzedicisi Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nimrin edam edilməsi hökmünün imzalanmasına etiraz edərək, onun azad edilməsini istəyib.

Hacı İlham Əliyev deyib: Səudiyyə rejimi bu hökmlə İslam dünyası və şiə aləmi ilə öz düşmənçiliyi və küdurətini üzə çıxardı və göstərdi ki, Əhli-Beyt(ə) ilə nə qədər düşmənçilik edir.
O, əlavə edib: Dünyanın hazırkı vəziyyətində insanları azadlıq və insanlığa çağıran Şeyx Nimr kimi şəxsiyyətə edam hökmünün verilməsi onu göstərir ki, səudiyyə rejimi nəinki İslam ilə, həm də insanlqla ziddir və qeyri-insani bir yolda addımlayır.

Teqlər