Azərbaycan Respublikası sahillərində Xəzər suitilərinin ölüm səbəbləri araşdırılır
Noy 05, 2015 12:12 Asia/Baku
-
Azərbaycan Respublikası sahillərində Xəzər suitilərinin ölüm səbəbləri araşdırılır
Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi Xəzər dənizi sahillərində tələf olan on suitinin ölüm səbəbini araşdırır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq Təsərrüfatı İnstitunun elmi işçisi Mehman Axundov bu xəbəri bildirərək deyib: Təxminən 10 gün öncə Bakı şəhərinin yaxınlığında Mərdəkan və Buzovna qəsəbələri sahillərində bir neçə Xəzər suitisinin cəsədləri müşahidə olunub. Suitilərin ölümünün müəyyənləşməsi üçün bu cəsədlərdən nümunələrin götürülməsi dərhal həyata keçirilib və araşdırmalara başlanıb.yaxın gələcəkdə bu suitilərin ölüm səbəbinin elan olunacağını deyən Axundovun sözlərinə görə, suitilərin mədələrinin boş olması və dərilərinin yağlılığının az olmasını nəzərə alaraq, çox ehtimalla onların ölüm səbəbi aclığa görə olub.
Mehman Axundov bu suitilərin virus xəstəliyi nəticəsində ölməsi ehtimalını qeyri-mümkün adlandırıb və deyib: Bununla belə məsələni dəqiq araşdırırıq.
Mütəxəssislər bu suitilərin ölmə ehtimallarından birini neft maddələri nəticəsində zəhərlənmə hesab edirlər.
Qeyd edək ki, 2001-2002-ci illərdə Xəzər dənizinin şimal hissəsində bir qrup suitinin ölməsi halı müşahidə olundu. Belə ki, Türkmənistan, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan Respublikası sahilərində on mindən çox Xəzər suitisi ölmüşdü. Həmin suitilərin ölüm səbəbi o zaman virus xəstəliyi elan olunmuşdu.