Noy 06, 2015 20:03 Asia/Baku
  • Azərbaycan İslam Partiyası Tale Bağırzadə ilə bağlı bəyanat verdi
    Azərbaycan İslam Partiyası Tale Bağırzadə ilə bağlı bəyanat verdi

“Müsəlman Birliyinin Hərəkatının rəhbəri, ilahiyyatçı Tale Bağırzadəyə qarşı polis bölməsində edilən təzyiq və hörmətsizlik ümumilikdə ruhanilərə və ölkə inanclılarına qarşı edilən hörmətsizlikdir.

İslaminSesi.org-un verdiyi məlumata görə bu barədə Azərbaycan İslam Partiyasının ilahiyyatçı Tale Bağırzadə ilə bağlı polis bölməsində baş verənlərlə əlaqədar verdiyi bəyanatında qeyd edilir. Bəyanatda o da bildirilir ki, bütün bunlar ölkədə İslama və islami dəyərlərə qarşı illər öncə baş qaldırmış repressiyyanın tərkib hissəsidir: “Əslində Tale Bağırzadəyə qarşı qalxmış əl ümumilikdə ölkə ruhanilərinə və ölkənin müsəlman toplumuna qarşı edilmiş hörmətsizlikdir.

Görünən budur ki, son günlər MTN-lə bağlı baş verən məlum olaylar bəzi polis əməkdaşlarına dərs olmayıb və polis rəisləri öz vəzifələrindən sui-istifadə etməkdə israrlıdırlar.

AİP olaraq hesab edirik ki, Tale Bağırzadəyə məlum cinayəti edən polis əməkdaşları dərhal cəzalandırılmalı və lazımı ölçülər götürülməlidir.”


Teqlər