Noy 23, 2015 13:25 Asia/Baku
  • Azərbaycan Milli Məclisinin 9 üzvünün mandatı ləğv edilə bilər
    Azərbaycan Milli Məclisinin 9 üzvünün mandatı ləğv edilə bilər

Yeni Müsavat qəzeti İstiqlal.az internet portalına istinadla yazır: Azərbaycan Milli Məclisinə seçkilərin nəticələri 9 seçki dairəsi üçün ləğv edilə bilər.

Bu məlumata görə, Konstitusiya Məhkəməsi 9 nəfəri o cümlədən Ziyad Səmədzadə, Azər Badamov, Naqif Həmzəyev, Fazil İbrahimli, Hacı Salayev, İmamverdi İsmayılov, Jalə Əliyeva, Malik Həsənov və Mirkazım Kazımovu deputatlıq mandatından məhrum edə bilər. Bu şəxslər sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ilə yaxın əlaqələrə malik olduqları üçün deputatlıqdan məhrum edilə bilərlər.

Teqlər