Azərbaycan Milli Məclisi Dini Etiqad Azadlığına dair qanuna düzəlişləri təsdiq etdi
Dek 05, 2015 18:22 Asia/Baku
Azərbaycan Milli Məclisi Dini Etiqad Azadlığı qanununa dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini təsdiq etdi.
CBC kanalı bildirir ki, bu qanun layihəsinə əsasən sadəcə Azərbaycan vətəndaşları ölkədə dini mərasimlərin keçirilməsi icazəsinə malikdirlər və xaricdə dini təhsil almış vətəndaşlar tərəfindən dini mərasimlərin keçirilməsi qadağan edilir.Həmçinin, Dini Etiqad Azadlığı Qanununa edilən dəyişiklik əsasında dini məkanlardan kənar ərazilərd dini atributlar və simvolların asılması qadağan edilir. Həmçinin, dini bayraqlar da sadəcə məscidlər və dini məkanların daxilində mümkündür.
Bu qanun layihəsinə əsasən, qaydaları pozan şəxslər 1000 manatdan 5000 manata qədər cərimə olunacaqlar. Və ya bir il azadlıqdan məhrum ediləcəklər.
Bu qanun layihəsi 26 noyabrda təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsində əzadarlıq mərasiminə hücum etməsi və bu hadisə zamanı 2 polis əməkdaşı daxil olmaqla 7 nəfərin ölməsi və onlarla nəfərin həbs edilməsinin ardınca qəbul edilib.
MTN əməkdaşları həmçinin Nardaran qəsəbəsində divarlara yazılmış dini şüarları pozub, küçələrdən asılmış dini bayraqları yığışdırıblar.
Ötən aylar ərzində vəhhabilər, təkfirçilər və sionistlər əleyhinə kəskin çıxışlar edən İlahiyyatçı Tale Bağırzadə Nardaran hadisələri zamanı saxlanılan şəxslərdəndir.