SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb
Dek 06, 2015 17:37 Asia/Baku
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.
SOCAR-dan bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.Ramiz Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ramiz Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.
“Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib.
Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.