Dek 12, 2015 16:55 Asia/Baku
  • Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi azalıb
    Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi azalıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 1,6 dəfə azalaraq, 21 milyard 679,3 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən bildiriblər.

Hesabat dövründə ixracın həcmi 14 milyard 238 milyon dollar, idxalın həcmi 7 milyard 441 milyon dollar təşkil edib, nəticədə 6 milyard 797 milyon dollarlıq müsbət saldo yaranıb.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,9 dəfə azalma, idxalda 1,1% artım, saldoda isə 2,9 dəfə azalma deməkdir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 158 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər, 105 ölkəyə məhsul ixrac, 141 ölkədən isə idxal olunub. Ticarət dövriyyəsinin 9,4%-i MDB, 48,1%-i Avropa İttifaqı ölkələri, 42,5%-i isə digər dövlətlərin payına düşüb.

Teqlər