Xəzərin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitləri Bakıya aparılıb
Yan 05, 2016 09:22 Asia/Baku
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
APA-nın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Azərbaycana gətirilib və aidiyyətı üzrə təhvil verilib.
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. İtkin düşən 29 nəfərdən 9 cəsəd aşkarlanıb, 20 nəfərin də axtaışı davam edir.