Yan 18, 2016 11:46 Asia/Baku
  • AMEA məhkəməyə verilib
    AMEA məhkəməyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məhkəməyə verilib.

APA-nın məlumatına görə, "Springer Customer Service Center GmbH" şirkəti akademiyaya qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Şirkətin həmin qərardan verdiyi apellyasiya şikayəti də təmin olunmayıb. Bundan sonra şirkət Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edib. Hazırda Ali Məhkəmədə həmin şikayətə baxılır.

Teqlər