Yan 22, 2016 15:17 Asia/Baku
  • E.Manafov: Vilayətçilik nüvə müzakirələrində İran xalqının qələbəsinin əsas amilidir
    E.Manafov: Vilayətçilik nüvə müzakirələrində İran xalqının qələbəsinin əsas amilidir

Azərbaycan Respublikasında Maarifə Dəvət İctimai Birliyinin katibi Hacı Elçin Manafov nüvə müzakirəsində qələbə münasibəti ilə İran xalqı və dövlətini təbrik edərək deyib: Allahın lütfü və Həzrət Ayətullahülüzma Xameneinin ardıcılı olmaq bu müzakirələrdə İran xalqının qələbəsinin amili olmuşdur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bakıda Səhər-in müxbirinə müsahibə verən Elçin Manafov beynəlxalq quruluş səviyyəsində nüvə müzakirələrində İran İslam Respublikasının qələbəsinin böyük təsirlərinə toxunub və deyib: Əlbəttə İran xalqı qərblilərin sanksiyalarına rəğmən, bu ölkənin rəhbərlərinin düzgün tədbirlərinə görə inqilabın düzgün yolunu davam etdirdi və xalqın müqavimətinin bu sanksiyaların İran xalqının inqilabın amal və məqsədlərinin izlənilməsində dəmir iradəsində heç bir təsiri olmadığını əks etdirdi.

Manafov İran İslam Respublikasını dünyada zəiflər və məzlumların yeganə hamisi adlandırıb və deyib: Şübhəsiz bu qələbə bu ölkənin qonşularla, xüsusilə də Azərbaycan Respublikası ilə əlaqələrində öz müsbət təsirlərini göstərəcəkdir.

Teqlər