QMİ-də Fatimiyyə günləri münasibətilə əzadarlıq mərasimi keçirilib
-
QMİ-də Fatimiyyə günləri münasibətilə əzadarlıq mərasimi keçirilib
Fatimiyyə günləri münasibətilə əzadarlıq mərasimi Azərbaycan Respublikasının şiə və sünni əhlinin din alimləri, Əhli-Beyt(ə) məddahları və şairlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin akt zalında keçirilib.
Bu mənəvi mərasimdə azəri məddahlar Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın matəmində məddahlıq ediblər. İrandan olan şair də o həzrətin yüksək şəxsiyyətinin vəsfində şerlər qiraət edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə, Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejadın və İranın Bakıdakı səfirinin iştirak etdikləri bu mərasimdə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadəti günlərinin ildönümü münasibətilə başsağlığı verərək, deyib: İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in və o həzrətin pak xanədanının, həmçinin Qurani-Kərimin nurlu varlığı İslam dünyasında birlik və müsəlmanların qardaşlığı amilidir. Və İslam ümməti bu dəyərli ilahi nemətlərə söykənərək, onlardan birlik və yekdillik üçün istifadə etməlidir.
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad da bu mərasimdə çıxış edərək, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın Böyük Peyğəmbər(s.ə.s)-ə ilahi bir töhfə olduğunu bildirib. O, bu böyük qadının şəxsiyyətinin cəhətləri və onun Qurani-Kərimin ayələrinə istinadla olan səmimiyyətini bəyan edərək, müsəlmanların o həzrətdən ülgü götürmələrini İslam ümmətinin nicatı amili adlandırıb.
O, İslam dinini başıucalıq dini adlandırıb və deyib ki, müsəlmanların bağlılığında təsirli amillər və onların axirət səadətinin zamini Allaha, Peyğəmbər(s.ə.s)-ə və Əhli-Beyt(ə)-ə diqqətlə əlaqədardır.