Eldar Mahmudov KQB-nin casusu olub
Mart 16, 2016 20:19 Asia/Baku
Azadlıq qəzeti yazıb: Azərbaycan Respublikasında jurnalist Eynulla Fətullayev bir məqalədə iddia edib ki, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov KQB-nin casusu olub və 1982-ci ildən könüllü şəkildə KQB ilə əməkdaşlığa başlayıb.
Yazar əlavə edir: O SSRİ-nin dövründə KQB-nin göstərişi və dəstəyi ilə Bakı şəhərinin Kirov rayonunun polis şöbəsində işə götürülüb. Və hal-hazırda Rusiyanın təhlükəsizlik xidmətinin arxivlərində Eldar Mahmudov barəsində gizli məlumatlar vardır.
Bu qəzet əlavə edir: Qəribədir ki, Mahmudov Azərbaycan milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunduğu zaman bu məsələyə diqqət yetirilməyib.