İddia: General Eldar Mahmudovun cəsədi məxfi şəkildə Naxçıvanda dəfn edilib
"Yeni Müsavat" qəzeti yazır: Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı general Eldar Mahmudovun cəsədinin məxfi şəkildə Naxçıvana köçürülməsi və orada dəfn edilməsi barədə iddialar var.
"Yeni Müsavat" qəzetinin internet səhifəsində yerləşdirilmiş "Nə üçün Eldar Mahmudovun cəsədi tapılmır?" başlıqlı məqalədə yazır: "Eldar Mahmudovun ölüm xəbəri təkzib edilsə də, onun yerini heç kim bilmir. Eldar Mahmudovun ölüm xəbəri də, onun həbs edilməsi xəbəri kimi rəsmi dairələr tərəfindən təsdiq edilmədi. Bir il öncəyə dək meydan sulayan və dövlət rəsmilərinə, sahibkarlara "qan udduran" sabiq milli təhlükəsizlik nazirinin ölüsü və ya dirisinin harda saxlanılmasından heç kimin xəbəri yoxdur.
Eldar Mahmudovun ölüm xəbərinin yayılmasının ardınca, həyat yoldaşı Tahirə Mahmudova həyat yoldaşının səhhətində problemlərin olduğunu deyərək, onun ölüm xəbərini yalan adlandırmışdı. Amma, qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib. Sabiq milli təhlükəsizlik nazirinin harada saxlanılması hələ də məlum deyil.