Eldar Mahmudov Bilər Əyyubova qarşı hücuma keçib
-
Eldar Mahmudov
Azadlıq qəzeti yazır: Azərbaycan mediyalarında bir müddət öncə maliyyə naziri Samir Şərifovun üç əcnəbi dövlətə casusluq etməsi barədə məlumatlar yayılmışdır. Deyilənlərə görə həmin məlumatların mənbəyi Eldar Mahmudov və onun komandası olub. Ona görə ki, Samir Şərifov Azərbaycanın beynəlxalq bankında qeyri-qanuni əməliyyatların yayğınlaşmasında Eldar Mahmudovun qohumlarından olan Cahangir Şərifovun həbs olunmasında əsar rol oynamışdır.
Bu məlumatlardan sonra Eldar Mahmudovun özünün əcnəbi dövlətlərin agentlərinə casusluq etdiyi barədə xəbərlər yayıldı. Sonra isə Azərbaycan prezidentinin şəxsi mühafizəsinin rəisi General Bilər Əyyubov, Eldar Mahmudovun qeyri-qanuni fəaliyyətlərinin aşkar edilməsində əsas rola malik olması barədə məlumat yayıldı.
İndi isə bəzi portallar və medialarda Bilər Əyyubovun və onun yaxın adamlarının malikanələri və var-dövləti barədə sənədlər və məlumatların yayılmasının şahidiyik, görünən odur ki, bu, Eldar Mahmudov və onun komandası tərəfindən bir növ intiqam xarakteri daşıyır.