ARDNŞ-da "təmizləmə" əməliyyatı ehtimal olunur
İyul 31, 2016 13:29 Asia/Baku
Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə şöbəsinin "Hizmət" hərəkatına bağlı üzvlərdən təmizlənməsi əməliyyatının həyata keçirilməsindən xəbər veriblər.
Azadlıq qəzeti bir məqalədə Fətulla Gülənin başçılıq etdiyi Hizmət Hərəkatı ilə yaxın əlaqəsi olan ARDNŞ-ın Türkiyə şöbəsinin işçilərinin bir qrupunun adını dərc edib.
Bu məlumata görə, ARDNŞ-nın Türkiyə şöbəsinin 4 yüksək səviyyəli müdiri də ötən həftə öz tutduqları vəzifədən istefa verib.
Bu 4 müdir Türkiyə çevrilişçiləri və Hizmət Hərəkatı ilə əməkdaşlıq etməkdə ittiham olunur.