Avq 03, 2016 11:47 Asia/Baku
  • Rövnəq Abdullayev
    Rövnəq Abdullayev

Azadlıq qəzeti yazıb: Bu qəzetin ofisinə daxil olan məlumatlara görə, adı baş nazir vəzifəsinə yiyələnəcək əsas namizədlərdən biri kimi hallanan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti- SOKAR-ın prezidenti Rövnəq Abdullayev bu vəzifəyə yiyələnmək üzrə mübarizədən geri çəkilib. Deyilənlərə görə, bu addımın səbəbi, son Türkiyə olaylarıdır.

Türkiyə dövləti Fəthullah Gülən qrupunun çevrilişdə əlinin olmasının aydınlaşmasından sonra SOKAR(SOCAR)-ın Türkiyədəki nümayəndəliyində intensiv əməliyyat keçirərək, bu nümayəndəliyin sədri daxil olmaqla bir neçə nəfəri həbs edib. Deyilənlərə görə, buna bənzər əməliyyat tezliklə SOKAR-ın mərkəzində də həyata keçriləcək. Bu üzdən, Rövnəq Abdullayevin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə yiyələnməsi bu ölkənin Türkiyə ilə əlaqələrində məsləhət görülməyəcək. Hətta hazırda Rövnəq Abdullayevin öz taleyi şübhə altındadır.

Bundan öncə Azərbaycan Respublikasındakı Qafqaz Universiteti müdiriyyətin dəyişdirilməsilə üzləşdi. Zaman qəzeti və ANS telekanalı bağlandı.

Teqlər