Avq 04, 2016 12:08 Asia/Baku
  • Arif Hacılı
    Arif Hacılı

Müsavat partiyasının sədri ölkə kanstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı son razılığın ardınca "təşəbbüs qrupu" yaradıb.

Turan xəbər agentliyinin verdiyi məlumata görə, Müsavat partiyasının sədri Arif Hacılı çərşənbə günü "təşəbbüs qrupu"nun yaradılmasından xəbər verib. Qrup D18, Real və Nida gənclər təşkilatları tərəfindən ölkə konstitusiyasının dəyişdirilməsi əleyhinə təsis edilib. 

Arif Hacılı deyib: Təşəbbüs qrupu ölkə konstitusiyasına ediləcək dəyişikliklər əleyhinə mübarizə aparacaq. 

Azərbaycanın Konstitusiya Məhkəməsi bazar ertəsi günü ölkədə konstitusiyaya dəyişikliyin edilməsi ilə bağlı referendumun keçirilməsi ilə razılaşıb. 

Ölkə konstitusiyasına dəyişikliyin edilməsi üzrə referendumun keçirilməsi haqda istək 18 iyulda ölkə prezidenti İlham Əliyev tərəfindən təqdim edilmişdi. 

Azərbaycan Prezident Administrasiyası çərşənbə axşamı bir bəyanat yayaraq, 26 sentyabrı konstitusiyaya ediləcək dəyişikliklə bağlı keçiriləcək referendumun tarixi elan edib. 

Teqlər