Sen 06, 2016 16:46 Asia/Baku
  • Növbəti devalvasiyası ola bilər?
    Növbəti devalvasiyası ola bilər?

Azərbaycan Respublikasında iqtisadi inkişaf strategiyası, bank sektorunun durumu, böhran və qiymətlərin kəskin bahalaşması Azərbaycan mediasının aparıcı mövzusudur.

«Azərbaycan» qəzeti bir məqalədə iqtisadi böhrandan və Azərbaycanda görülən işlərdən bəhs edir

Müəllifə görə, bu ilin ilk 6 ayının statistik təhlili göstərir ki, Azərbaycan düz yoldadır: «Faktlara istinad etsək, «Böhran şəraitində inkişaf» modelinin cari ilin ilk 6 ayı ərzində nailiyyət hesabatını təsdiq etmiş olarıq: iqtisadiyyata 6.3 milyard dollar sərmayə qoyulub; qeyri-neft sənayesi 2.4 faiz, kənd təsərrüfatı 3.1 faiz artıb. Yoxlamalar 714 dəfə azalaraq 40 mindən 56-ya düşüb. 78 mini daimi olmaqla 90 min iş yeri açılıb. Sahibkarlara 73 milyon manat kredit verilib. Maaşlar, pensiyalar 10 faiz, gömrükdən daxilolmalar 17 faiz, vergidən gələn gəlir isə 2 faiz artıb. Yüz mindən çox ailəyə sosial yardım ayrılıb».

«Azadlıq» qəzetində Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə yazır ki, Azərbaycanda böhran getdikcə dərinləşir və hökumət əhalinin ağır durumuna laqeyd münasibət bəsləyir.

Ə.Kərimli qeyd edir ki, indi dollar «qara bazar»da rəsmi məzənnədən qat-qat baha satılır.

Ekspertlər hesab edirlər ki, hökumətin manatın növbəti devalvasiyasına gedəcəyi, yoxsa bu prosesin təxirə salınacağı məsələsi sentyabrın sonuna kimi bəlli olacaq.

 

Teqlər