Sen 07, 2016 14:22 Asia/Baku
  • Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov
    Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov

Bir müddət öncə sentyabr ayının 26-da keçiriləcək referendumla bağlı mövqeyini ictimaiyyətə açıqlayan, ardınca məhz konstitusiyaya nəzərdə tutulan dəyişikliklərə etiraz olaraq aclıq aksiyasına başlayan Azərbaycan İslam Partiyasının ( AİP) həbsdə olan sədri, ilahiyyatçı alim Hacı Mövsüm Səmədovun vəkili ilə görüşünə icazə verilib

Bu barədə “İslaminSesi”nə Doktor Səmədovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, dəfələrlə edilən israrlı xahişlərə baxmayaraq ilahiyyatçı aclıq aksiyasını hələ dayandırmayıb və bu barədə düşünmür.

Yalçın İmanov qeyd edib ki, Hacı Mövsüm Səmədovun səhəttində çox kəskin problemlər yaranıb. İlahiyyatçının aclıq aksiyası ilə əlaqədar təzyiqi aşağı düşüb, ümumi halsızlıq yaranıb və xeyli çəki itirib. Nitqində və hərəkətində müəyyən çətinliklər müşahidə olunur.

 

Vəkil Yalçın İmanov ilahiyyatçı alimin avqustun 31-dən etibarən karsa salındığını da qeyd edib.

 

 

Teqlər