Referendumdan sonra
Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun nəticələrini şərh edən Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini bildirib ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq.
Əli Əhmədov deyib: "Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu".
Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venetsiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırıb.
Avropa bəyanatında deyilir ki, bəzi çatışmazlıqlar olub. Referendum qabağı kampaniyada bir sıra fəallar saxlanıb.
ABŞ-da mənzillənən «Freedom House» təşkilatı 26 sentyabr referendumu da ciddi pozuntuların olduğunu qeyd edib.
26 sentyabr referendumu ilə bağlı müxalifət Milli Şura bəyanat yayaraq bildirib: “Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumatlarda seçicilərin iştirak faizi 70 faizə yaxın göstərilsə də, obyektiv müşahidələr təsdiq edir ki, referendumda seçicilərin 10 faizindən də azı iştirak edib.”