Okt 19, 2016 17:50 Asia/Baku
  • Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə mərkəzinin bəyanatı
    Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə mərkəzinin bəyanatı

Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə mərkəzi, siyasi məhbusların məhkəmələrində onların hüquqlarının tapdalanması barədə bəyanat verib.

Turan informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə mərkəzi dünən bir bəyanat yayaraq, Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadə və Nardaran hadisəsində həbs edilən digər islamçı məhbuslara qarşı təzyiqləri pisləyib. 

Bəyanatda deyilir: "Nardaran işi" adlanan məhkəmənin iclaslarındakı gedişat islamçılar və digər partiyaları qəzəbləndirib, məhkəmə iclasından öncə islamçıların işkəncəyə məruz qalmaları, onların fərdi kameralara köçürülmələri, eləcə də məhkəmələrdə onların bəzi cinayətlərə etiraf etməyə məcbur edilmələri dözülməzdir. 

Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə mərkəzinin sədri Elşən Həsənov Turana verdiyi müsahibədə deyib: "Nardaran işi"-nə baxan məhkəmənin son iclaslarında Avropada azadlıq və insan haqları konvensiyasının 3-6 və 13-cü maddələri pozulub. 

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin ötən il noyabrın 26-da Nardaranda matəm mərasimi iştirakçılarına hücumunda, Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadə və onlarla islamçı həbs edildi. Həmin məhbusların işinə baxılması dosiyası " Nardaran işi" adlandırılır. 

Teqlər