Bakıda beynəlxalq inşaat sərgisində İranın tikinti materialları müsbət qarşılanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i240974-bakıda_beynəlxalq_inşaat_sərgisində_İranın_tikinti_materialları_müsbət_qarşılanıb
Bakıda keçirilən beynəlxalq inşaat sərgisində nümayiş etdirilən İran tikinti materialları baxış keçirənlər tərəfindən rəğbətlə qarşılanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2016 16:26 Asia/Baku
  • akıda beynəlxalq inşaat sərgisi
    akıda beynəlxalq inşaat sərgisi

Bakıda keçirilən beynəlxalq inşaat sərgisində nümayiş etdirilən İran tikinti materialları baxış keçirənlər tərəfindən rəğbətlə qarşılanıb.

SəhərTv-nin Bakı müzbirinin verdiyi məlumata görə, 26 ölkədən 298 istehsalçı şirkətin iştirakı ilə keçirilən Bakı inşaat sərgisində İrandan da 11 şirkət tikinti sahəsində öz məhsullarını nümayiş etdirirlər.

Sement, beton, mətbəx ləvazimatları, metal varaqlar, kran növləri, elektrik şəbəkə ləvazimatları və su boruları İranın sərgidə nümayiş etdirdiyi məhsullar sırasındadır. 

İran pavilyonlarına baxış keçirənlər İran mallarının keyfiyyəti və tərkibindəki materialldan razı qaldıqlarını bildirir, İran mallarının Avropa malları ilə rəqabət gücündə olduğunu qeyd edirlər. 

Bakı İnşaat Sərgisi dünən işə başlayıb və sabah işinə yekun vuracaq.