Noy 03, 2016 16:21 Asia/Baku
  • Bakıda İranlıların məktəbində Şagirdlər Günü keçirilib
    Bakıda İranlıların məktəbində Şagirdlər Günü keçirilib

Beynəlxalq İmperializmlə Milli Mübarizə Günü ilə yanaşı İranlıların Bakıda Vəliəsr (əc) məktəbində məktəblilərin iştirakı ilə xüsusi mərasim keçirilib və şagird şəhidlərin xatirəsi anılıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, ruhani Höccətülislam Ərdəbili və İranlıların Bakıdakı Vəliəsr (əc) təhsil müəssisəsinin direktoru Sadiq Yəzdi bu mərasimdə çıxış edərək 4 noyabr 1979-cu ildə şagirdlərin xüsusi canfəşanlığı və bu yolda şəhid olan şagirdlərin yolunun davam etdirilməsinə toxunaraq beynəlxalq imperializmlə mübarizə və İslam İnqilabının amallarının gerçəkləşməsini vurğulayıblar.

Bu mərasimdə şagirdlər də inqilab nəğmələri və digər mədəni proqramlar icra edərək şagird şəhidlərin xatirəsini anıb və "Amerikaya ölüm!" şüarı səsləndirərək İslam İnqilabı amallarına vəfadarlıqlarını qeyd ediblər.

Bu tədbirdə həmçinin məktəbdaxili idman olimpiadasının məşəli yandırılıb.

Bu olimpiadada top və digər idman növləri üzrə yerli idman növləri üzrə yarışlar keçiriləcək.

İranlıların Bakıdakı Vəliəsr (əc) təhsil müəssisəsində müxtəlif sahələr üzrə 180 iranlı şagird təhsil alır.

Teqlər