Noy 03, 2016 20:09 Asia/Baku
  • 13 aban böyük şeytanın təhqirinin simvoludur
    13 aban böyük şeytanın təhqirinin simvoludur

Bu gün İranın hər bir yerində imperializm və zülmlə mübarizə səsləri ucalıb. Amerikanın Tehrandakı casusluq yuvasının ələ keçirilməsi İran xalqının zülm və imperializm qarşısındakı şücaəti və müqavimətinin simvoluna çevrilib. Amma İslam İnqilabının qələbəsindən sonra Amerikanın düşmənçilikləri iranlıların qəzəb və nifrəti, xüsusilə də amerikalılara etimadsızlığını daha da artırmışdır.

4 noyabr 1979-cu il. Zaman tarixi hadisələrin yaranmasının şahididir.

O günləri xatırlayan bir iranlı deyir: Bir qrup tələbə barmaqlıqlardan yuxarı çıxdılar .... və aşağı düşüb qapını açdılar və cəmiyyət casusluq yuvasına daxil oldu.

Dünyaya təkan verəcək hadisələr. Yenicə ayaq açmış inqilab hələ bir illik olmamışdı. Məkrli planlar və inqilabın ardıcıl hadisələri hamıya aydın etmişdi ki, hansı qüdrətlərin əli bu hadisələrin arxasında durur. Amerikanın İran əleyhinə düşmənçiliyi aydınlaşmaqdadır.

Özlərini İmam yolunun ardıcıllarını adlandıran bir qrup tələbə bu pərdəarxası niyyətlərin və Amerikanın şahın müstəbidliyinə vadar etməsi, İran xalqının əmlakını geri almağın üstünü açmaq üçün səfirliyi ələ keçirməyi qərara alırlar.

İran vətəndaşı deyir: İmam buyurmuşdu ki, nə qədər fəryadınız varsa, Amerikanın başına bağırın. Ölkənin şəraiti, problemlərimizin olduğu hər bir yerdə amerikalıların planlarına görə idi. Kürdüstan, Xuzistan, Sistan və Bəluçestan və digər yerlərdə olan iğtişaşların hamısı bəlli idi ki, buradan idarə olunur və dəstəklənir.

Elə əvvəldən səfirliyin deyilməmiş pərdəarxası sirlərinin üstünün açılması ilə başlanan bu hərəkət əks etdirir ki, Amerikanın Yaxın Şərqdəki siyasi-informasiya obyekti və Tehranın göbəyində Amerikanın o günlərdəki ən böyük səfirliyinin divarları arxasında nələr baş verirdi.

İran vətəndaşı deyir: Dalğaların göndərilməsində mesaj kodlaşdırılırdı. Dalğa ortasında tutulmaması üçün kodlaşdırmaya məcbur idilər. Bu, indi gedib çöldə görəcəyimiz aparata göndərilirmiş. Oradan peyk vasitəsi ilə Vaşinqtona göndərirmişlər.

Başqa bir iranlı deyir: Tələbələr səfirliyə daxil olarkən, bizim sıralanmış məlumatları məhv etmək üçün çox az vaxtımız vardı. Biz bir çox kompüter vasitələri və sənədləri məhv etdik ki, mütləq heç kimin əlinə keçməməli idi.

Le Mond nəşrinin yazdığına görə, hər bir bəyanatı Amerika üçün bir atom bombası rolu oynayan tələbələr gün-gündən amerikalıların əsəbiliyini daha da artırırlar. Amma bu kiçik və böyük məsələlərin kənarında tələbələrin məqsədi bəllidir.

Pəhləvilərlə dostluq niqabında üz rəsmini çəkməklə, 19 avqust çevrilişinə tədarük görməkdən tutmuş İmamın Türkiyəyə sürgünü və şahı qorumağa çalışmağa qədər illərlə İran xalqına xəyanət edən ölkənin kimliyinin üstünü açmaq idi.

 

Teqlər