Dek 09, 2016 19:30 Asia/Baku
  • Azərbaycan XİN həmsədrlərin bəyanatına münasibət bildirib
    Azərbaycan XİN həmsədrlərin bəyanatına münasibət bildirib

APA-ya açıqlamasında Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, bəyanatda münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın addımlarına adekvat münasibət bildirməlidirlər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Rusiya, ABŞ və Fransa XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatlarında deyilir: “ Biz, güc tətbiqi və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik. Bu münaqişənin hərbi yolla həlli yoxdur. “

Həmsədrlər Ermənistanı işğalçı tərəf olaraq tanımadan cəbhə boyu gərginliyi vəhşilik adlandırıblar: “Biz aprel ayında döyüş meydanında törədilmiş vəhşiliklərdən xəbərdarıq və bunu şiddətlə pisləyirik.”- Həmsədrlər belə deyiblər.

 

 

 

 

 

Teqlər