Azərbaycanda Həzrət Məhəmmədin (s.ə.s) viladəti şənliyi
Vəhdət Həftəsində Azərbaycan Respublikasının bir qrup alim, ziyalı və dini şəxsiyyətləri konfrans keçirərək müsəlmanların vəhdət mehvəri olaraq Həzrət Məhəmmədin (s.ə.s) şəxsiyyətini qeyd ediblər.
İRİB-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu konfransda etdiyi çıxışında Vəhdət Həftəsi münasibəti ilə təbrik edərək müsəlmanlara əziz islam peyğəmbərinin sünnəsi və vəhdət və həmrəyliyin qorunmasını tövsiyə edib.
Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətülislam vəlmüslimin Ocaqnejad da bu konfransda əziz islam peyğəmbərinin əxlaq xüsusiyyətlərini bəyan edərək Quran-Kərim və hədislərə istinadla Həzrət Məhəmmədin (s.ə.s) məqsədə sevgi və islam ümmətinə sevgini açıqlayıb və dini təbliğatçıları təbliğ məsələsində öz məqsədlərinə sevgi bəsləməyə və inanmağa çağırıb.
O sözlərinin davamında Vəhdət Həftəsinin əhəmiyyətini də xatırladıb və deyib: Vəhdət hazırkı şəraitdə zəruri məsələdir və belə şəraitdə müsəlmanların birliyi və qardaşlığı yolunda hər kim addım atarsa iman və insanlığa yaxındır və belə olmazsa, atdığı hər addımla cahiliyyətə yaxınlaşır.
Bu konfransda digər natiqlər də müsəlmanların bugünkü əsas ehtiyacı və əziz islam peyğəmbərinin sünnəsi olaraq vəhdətin qorunmasını vurğulayıb və məddahlar da islam peyğəmbərinin fəzilətləri haqda məddahlıq ediblər.
Bu mərasimdə Həzrət Ayətullahülüzma Seyid Əbdülkərim Musəvi Ərdəbili və zakirlər sultanı Səlim Müəzzinzadə Ərdəbilinin xatirəsi anılıb.