Yan 11, 2017 20:24 Asia/Baku
  • Bakıda Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftəri
    Bakıda Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftəri

İran İslam Respublikasının Bakıdakı səfirliyində Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərinin imzalanma mərasiminin ikinci günündə də bu ölkədəki səfirlər, siyasi, ictimayi xadimlər səfirliyə müraciət edərək xatirə dəftərini imzalayıb və bu münasibətlər İran xalqı və dövlətinə başsağlığı veriblər.

İRİB-in verdiyi məlumata görə, bu gün İsveçrə, Almaniya, Macarıstan, Qazaxıstan, Avstriya, Latviya. Çexiya, Gürcüstan, Britaniya, Özbəkistanın Azərbaycan Respublikasındakı səfirləri, Fransa, Polşa, Qatar, İndoneziya, Rumıniya, Bolqarıstan və Yunanıstanın səfirliklərinin nümayəndələri İİR səfirliyinə gələrək Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıblar. 

Bu gün həmçinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri və İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri, Dini İşlər üzrə Dövlət Komistəsinin sədri, elm,mədəniyyət və sənət adamları, BMT-nin Bakıdakı ofisinin rəisi, BMT-nin didərginlər üzrə ali komisarlığının sədri və Qırmızı Aypara cəmiyyəti və Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliklərinin rəhbərləri İranın Bakıdakı səfirliyində olublar və Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayaraq onun xatirəsini anıblar. 

Teqlər