Şahin Mustafayev: Azərbaycan prezidenti 2 həftə sonra İrana səfər edəcək
Azərbaycanın iqtisadiyyat naziri bu ölkə prezidenti cənab İlham Əliyevin qarşıdan gələn 2 həftə ərzində İrana səfər edəcəyini və İran prezidenti Həsən Ruhani ilə görüşəcəyini bildirib.
İRNA-nın verdiyi məlumata görə, Şahin Mustafayev çərşənbə günü axşam Ərdəbildə İranın rabitə və informasiya texnologiyaları naziri və İran - Azərbaycan birgə iqtisadi komissiyasının iranlı sədri Mahmud Vaizi ilə görüşdə deyib: İran və Azərbaycan rəsmilərinin əlaqələrin inkişafında maraqlı olmasına görə, iki ölkə prezidentləri ötən 3 il ərzində 7 dəfə görüşüblər və 8-ci görüş də tezliklə Tehranda baş tutacaq.
Azərbaycanın iqtisadiyyat naziri həmçinin, Səreyndə İran - Azərbaycan ticarət seminarında iştirakı, Ərdəbilin istehsal müəssisələrinə , Xudafərin su bəndinə , Azərbaycan dəmir yolu şəbəkəsinin Alandüzdə İranın dəmir yolu şəbəkəsinə birləşdiyi qovşağa , Səreynin mineral isti sularına və Meşkində termal elektrik stansiyasına baxışın keçirilməsini habelə, Azərbaycanlı və Ərdəbilli iş adamları və sərmayə sahiblərinin birgə iclasında iştirakı Ərdəbil ostanına olan 2 günlük səfərinin əsas proqramları olduğunu bildirib.
Azərbaycanın iqtisadiyyat naziri çərşənbə günü böyük bir iqtisadi heyətin müşayiəti ilə Ərdəbil ostanına səfər edib.