Bakıda 15 şəban mərasiminin keçirilməsinin qarşısı alınıb
Azərbaycan R. hökuməti Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasını əngəlləyib.
Təsnim xəbər agentliyinin məlumatına görə, Azərbaycan R. hökuməti əhalisinin əksər hissəsinin şiə və Əhli-Beyt(ə) aşiqi olduğu bir ölkədə öz anti-din hərəkətlərinin davamında Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasını əngəlləyib.
Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev bu haqda deyib: Xalqın mənəvi dəyərlərini təhrif edən kəslər xalqın mənəvi toxunulmazlığına səbəb olan belə bir mərasimin keçirilməsinə mane olurlar.
O, deyib: Azərbaycan R-dakı məsul şəxslər əxlaqa zidd tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradırlar; bu vəziyyət utancgətiricidir və dəyərləndirilməlidir. Əslində bu hadisələrin İslam Həmrəyliyi İlində baş verməsi bir təzad nişanəsidir.
Həmçinin QAT sədri Akif Nağı Bakıda İmam Zaman (əc)-ın mövlud gününün qeyd olunmasının əngəllənməsini pisləyərək, deyib: Bu hadisələr göstərir ki, məsul şəxslərin sözlərilə əməlləri bir-birinə uyuşmur.
Azərbaycan R-da İmam Zaman (əc)-ın mövlud günü mərasiminin keçirilməsinin əngəllənməsi elə bir haldadır ki, bu ölkə hökuməti cari ili İslam Həmrəyliyi İli adlandırıbdır.