AİP sədri yeni həbsxanaya köçürülüb
Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədovun vəkili müvəkkilinin başqa həbsxanaya köçürülməsinə dair məhkəmə qərarının olduğunu bildirib.
İslamazeri internet portalının məlumatına görə, Azərbaycan İslam Partiyasının sədri Möhsün Səmədovun vəkili Yalçın İmanov çərşənbə günü bildirib: Müvəkkili Qobustan həbsxanasına köçürülməlidir.
Yalçın İmanov bildirib: Mövsüm Səmədovun ürək xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq Azərbaycanda ən qorxulu həbsxana olan Qobustan Qapalı təcridxanasına köçürülməsi onun həyatını təhdid edir.
Bakının 12 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan AİP sədri Möhsün Səmədov 2017-ci ilin mart ayında məhbuslar arasında namaz qıldığına görə, karsa salınıb.
Möhsün Səmədov 2011-ci ildə Azərbaycanda orta məktəblərdə qız şagirdlərin hicabının qadağan olunmasını tənqid etdiyinə görə, öz müavini Hacı Vaqif Abdullayevlə birlikdə həbs olunub, sonra isə dövlətə qarşı çevrilişə cəhd göstərmək ittihamı ilə 12 il azadlıqdan məhrum olunub.