AİP lideri Mövsüm Səmədov növbəti dəfə 10 günlük karserə salınıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i275050-aİp_lideri_mövsüm_səmədov_növbəti_dəfə_10_günlük_karserə_salınıb
AİP lideri Mövsüm Səmədova qarşı 12 saylı Cəza Çəkmə Müəssisəsində təzyiqlər davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 03, 2017 15:15 Asia/Baku
  • Mövsüm Səmədov
    Mövsüm Səmədov

AİP lideri Mövsüm Səmədova qarşı 12 saylı Cəza Çəkmə Müəssisəsində təzyiqlər davam edir.

Vəkil Yalçın İmanovun sözlərin görə, növbəti dəfə absurd və əsassız bir bəhanə ilə Mövsüm Səmədov barəsində 10 günlük müddətinə karser cəzası çıxarılıb. Səbəb isə ümumi yoxlanış zamanı Mövsüm Səmədova aid şkafdan Quran saxlamaq üçün ipdən hazırlanmış xüsusi kitab saxlanılan əşyanın çıxması olub.

 

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatı əsasında AİP lideri Mövsüm Səmədovun yenidən Qobustan Qapalı Təcridxanasına 3 il müddətinə göndərilməsi ilə bağlı qərar çıxarıb. Qərardan Appelyasiya şikayəti verilib.