"Hicab şəhidi" hacı Vaqif Abdullayevin xatirəsi anıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i276100-hicab_şəhidi_hacı_vaqif_abdullayevin_xatirəsi_anıldı
Azərbaycan İslam Partiyasının sədr müavini hacı Vaqif Abdullayevin vəfatının 5-ci ildönümü günü Bakıda anıldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2017 06:56 Asia/Baku
  • Vaqif Abdullayev
    Vaqif Abdullayev

Azərbaycan İslam Partiyasının sədr müavini hacı Vaqif Abdullayevin vəfatının 5-ci ildönümü günü Bakıda anıldı.

İslaminSesi xəbər verir ki, AİP-in sədr müavini olmuş Hacı Vaqif Abdullayevin vəfatının ildönümü ölkə ruhaniləri, inanclı kəsimi, dostları və ailə üzvləri tərəfindən qeyd edilib. Azərbaycan İslam Partiyasının rəhbərliyi və funksionerləri də bu münasibətlə hicab şəhidinin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar və ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Hacı Vaqif Abdullayev AİP lideri Mövsüm Səmədovun 2011-ci ildə partiyanın baş məclisində hakimiyyəti sərt tənqidindən sonra digər partiya üzvləri ilə birgə müxtəlif maddələrlə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilmişdi. O, 2012-ci il iyulun 12-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişmişdi.