Avq 07, 2017 18:15 Asia/Baku
  • İlqar İbrahimoğlu
    İlqar İbrahimoğlu

Azərbaycanda Yerli Hüquqlar və Söz Azadlığını Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu Allahverdiyev "insan haqları" termini üçün yeni tərifin verilməsini zəruri adlandırıb.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, İlqar İbrahimoğlu Allahverdiyev bazar ertəsi günü İslami İnsan Haqları və İnsani Kəramət günü münasibəti ilə eksklüziv yazısında "insan haqları" termininin yenidən tənzimlənməsini istəyib. 

Allahverdiyev deyib: İnsan haqları məsələsindən dünyada müxaliflərə təzyiq göstərilməsi üçün bir vasitə kimi istifadə edilir. Amma, dünya ictimaiyyəti insan haqları ilə bağlı düzgün anlayış təqdim etmək üçün qlobal bir anlaşmaya çatmalı və yaşadığı yerdən, mal varlığınan, irqi, etnik, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün insanları əhatə edə biləcək bir insan haqlarına nail olmalıdır. 

Dəyərlər qəzetinin baş redaktoru həmçinin, insan haqları məsələsinin önəminə təkid edərək, yazıb: Bəzi hallarda bu termindən bir vasitə kimi istifadə edilir. Amma, insan haqları ilə bağlı düzgün və dəqiq tərifin təqdim edilməsi zorakı qüdrətlərin insan haqları məsələsindən sui-istifadə etmələrinə son qoya bilər. 

O həmçinin, deyib: İnsan haqları insani kəramət baxımından diqqətə alınmalı və araşdırılmalıdır. 

Teqlər