Avq 07, 2017 19:48 Asia/Baku
  • Laricani: Hazırkı durumda İslam Dünyasında inteqrasiya zəruridir
    Laricani: Hazırkı durumda İslam Dünyasında inteqrasiya zəruridir

İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib: İslam Dünyasının hazırkı və təlatümlü vəziyyətində müsəlmanlar arasında inteqrasiyaya zəmin yaradacaq addımların atılması zəruri və faydalıdır.

Əli Laricani bu gün Tehranda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib: Bu gün İslam dünyası böhranlı bir vəziyyət ilə üz-üzədir. və bu vəziyyətdən müzakirə və dialoq yolu ilə xilas olmaq lazımdır.

Laricani əlavə edib: İslam adı altında çıxış edən bir ifratçı qrup İslam ölkələrinin enerjisini onlar ilə mübarizəyə sərf etməsinə səbəb olub. Bu məsələ İslam düşmənləri üçün münasib şərait yaradıb. Buna görə də bu məsələni önləmək lazımdır.

İran İslam Şurası Məclisinin sədri həmçinin, İran və Azərbayanı iki dost və qardaş ölkə adlandırıb və deyib: Bu iki ölkə əməkdaşlıq yolu ilə müsəlmanların birliyi yolunda müsbət addımlar ata bilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu görüşdə deyib: İslam dünyası daha artıq birliyə ehtiyaclıdır və təfriqə və qarşıdurma sadəcə İslam düşmənlərini sevindirir.

Paşazadə əlavə edib: Din və İslam adından sui-istifadə edənlər ilə mübarizə aparılmalı və İslamın adından sui-istifadənin edilməsinə icazə verilməməlidir.

Teqlər