Avq 24, 2017 14:10 Asia/Baku
  • AR zəvvarlarının Allah Evinə göndərilməsi başlanıb
    AR zəvvarlarının Allah Evinə göndərilməsi başlanıb

Azərbaycan Respublikasından müqəddəs Məkkə şəhərinə zəvvarların göndərilməsi başlanıb.

Bu ölkədə Allah Evi zəvvarlarının ilk qrupu həcc mərasimini yerinə yetirmək üçün bu gün səhər yerli vaxtla saat altı on dəqiqədə Bakı beynəlxalq hava limanından Vəhy diyarına göndərilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev bildirib ki, bu il Azərbaycan Respublikasından təmətto həcci mərasiminə 1050 nəfər gedir. O, deyib ki, təhlükəsiz və rahat səfər üçün bütün şərait yaradılıbdır və zəvvarların göndərilməsi bu gündən etibarən üç gün davam edəcək.

Bu ölkə zəvvarlarının Vəhy diyarına köçürülməsi üçün hər gün iki uçuş nəzərdə tutulub.

Azərbaycan Respublikası zəvvarlarından bir qrupu Bakı aeroportunda bu mənəvi səfərdən razılıq edərək, Həzrət Vəliyyi Əsr(əc)-in zühuru, müsəlmanların işğal olunmuş ərazilərinin azad edilməsi, dünyada, xüsusən islami ölkələrdə sülh və təhlükəsizlik, eləcə də müsəlmanların birliyi üçün dua etməyi bu mənəvi səfərdə öz tədbirlərindən adlandırıbdır.

Bu məlumata görə, Azərbaycan Respublikası hacılarının geri dönmələri də avqustun 26-dan 18 gün sonra başlanacaq və zəvvarlar üç gün müddətinə öz ölkələrinə qayıdacaqlar.

Bu il də regionun şəraitinə görə, Azərbaycan Respublikasından zəvvarların Məkkəyə göndərilməsi yalnız təyyarə vasitəsilə həyata keçiriləcək və təmətto həcci səfərinin xərci adambaşına 3850 dollar elan olunubdur.

Keçən il Azərbaycan Respublikasından Allah Evinə 1040 nəfər getmişdi.

Azərbaycan Respublikasında Allah Evi zəvvarlarının qeydiyyatdan keçmələri və yola salınmaları Qafqaz Müsəlmanları İdarəsinin məsuliyyətilə həyata keçir.

Teqlər