Yeni həmsədr də Azərbaycandan siyasi iradə tələb edir
-
Endru Şofer
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endru Şofer misyasına başlmazdan əvvəl Qarabağ confliktinin həll olunması ilə bağlı həmsədrlərdən yox, münaqişə tərəfələrindən siyasi iradə tələb edir.
Amerikalı diplomat Azərbaycan Respublikası və Ermənistan prezidentlərini görüşdürmək fikrindədir.
APA-ya açıqlamasında Endru Şofer deyib: "Mən prezidentlərin mümkün olan ilk fürsətdə görüşə razılıq vermələrini və sülh prosesini irəli aparmağa yönəlmiş xoş niyyətli danışıqlara köklənmələrini istəyirəm.
Anlayıram ki, müzakirə olunmalı çox çətin məsələlər var, lakin inanıram ki, nizamlanma mümkündür. Bunun baş verməsi üçün ilk növbədə Azərbaycan və Ermənistan rəhbərliyi regiona sülhün gətirilməsi üçün vacib olan siyasi iradə göstərməlidirlər. Bu münaqişə çox uzanır", - deyə E. Şofer söyləyib.
Amerikalı həmsədr elə bəri başdan Ermənistanı işğalçı kimi yox, münaqişə tərəfi kimi təqdim edib.